Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirilib

13 iyun 2019 | 11:00

Ağstafa şəhər  körpələr evi-uşaq bağçalarında “Əlvida bağça” mövzusunda geniş tədbir keçirildi. Bir neçə aydan sonra orta məktəbə qədəm qoyacaq uşaqların ifasında nağıl qəhrəmanlarına həsr olunmuş səhnəciklər canlandırıldı, şer və mahnılar səsləndirildi. Körpələr evi-uşaq bağçasının tərbiyəçiləri tədbirdə iştirak edən valideynlərə və uşaqlara orta məktəb təhsilində böyük müvəffəqiyyətlər  arzu etdilər.

Keçidlər