Ağstafa rayon İcra Hakimiyyəti başçısının 05 noyarbr 2019-cu il tarixli 145 saylı sərəncamı ilə təsdiq edilmiş “Biz Heydər nəvəsiyik ” adlı müsabiqə Ağstafa rayonunun məktəbəqədər təhsil müəssisələri arasında keçirilir. Sərancamla 9 nəfərdən ibarət münsiflər heyyətinin tərkibi təsdiq edilmişdir. Ağstafa rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. Məktəbəqədərtəhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Bu gün Ağstafa şəhər 2 saylı, Qıraq Kəsəmən kənd, Poylu kənd 1 saylı və Həsənsu kənd körpələr evi-uşaq bağçalarının müsabiqəsində Şəhər 2 saylı bağçanın uşaqları fəal olaraq finala vəsiqə qazanmışlar.
Uşaq – heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. 2020 –ci ilin yanvar ayının 31 dək davam edəcək “Biz Heydər nəvəsiyik ” müsabiqəsi uşaqlara olan diqqət və qayğının bariz nümunəsidir.