Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa məktəbliləri arasında peyntbol üzrə rayon birinciliyi keçirildi

29 noyabr 2019 | 11:00

29 noyabr 2019-cu il tarixdə Ağstafa peyntbol və atıcılıq mərkəzində  Gənclər və İdman idarəsinin və rayon Təhsil şöbəsinin  birgə təşkilatçılığı ilə məktəbli yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi məqsədiylə “peytbol”üzrə rayon birinciliyi keçirilmişdir.Yarışin açlış mərasimində cıxış edən Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Feyruz Həsənov qeyd etdi ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Açlış mərasimində çıxış edən  təhsil şöbəsinin metodisti Afiq salıfov qeyd etdi ki, tarixdə iz qoyan igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır. Və istənilən siyasi şəraitdə bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib.yarışlarda mübarizə aparan komandalar arasında yekun nəticələrə əsasən Əmirxan Hüseynov adına Ağstafa şəhər 1 saylı tam orta məktəbin komandası 1 –ci yerə Sirac Əliyev adına Qırılı kənd tam orta məktəbin komandası 2-ci yerə Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbin komandası isə 3-cü yerə layiq görüldülər. Qalib komandalar Ağstafa rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif olundular.

 

Keçidlər