Şriftin ölçüsü :

Saytın rəngi :

24-31 dekabr tarixlərində Ağstafa Aqrar Sənaye Kompleksində möhtəşəm “Qış yarmarkası” keçiriləcəkdir

14 dekabr 2019 | 11:00

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə 24 - 31 dekabr 2019-cu il tarixlərində Ağstafa Aqrar Sənaye Kompleksində  sakinlərimiz  üçün möhtəşəm “ Qış yarmarkası” keçiriləcək. 7 gün boyunca  axşam saat 17:00- dan - 22:00-dək bayram  əhval-ruhiyyəsində tərtib olunmuş 20 ədəd köşkdə yeni il oyuncaqları, suvenirlər, təzə sıxılmış meyvə şirələri, burger, sendiviç, çay,  kofe, şirniyyatlar təklif olunacaqdır. “Qış Yarmarkası” boyunca hər gün  incəsənət nümayəndələrinin çıxışları, milli rəqslərimizin nümayişi bayram çoşqusunu daha da artıracaqdır. Yarmarkada həmçinin şəhid ailələrinin övladları, kimsəsiz uşaqlar  və aztəminatlı ailələrin övladlarının da iştirakı təmin olunacaq. Uşaq və yeniyetmələrin asudə vaxtlarını əyləncəli keçirtmələri üçün şaxta baba, qar qız  və digər nağıl qəhrəmanı personajlarının iştirakı ilə müxtəlif  əyləncəli proqramlar təşkil olunacaqdır.

Keçidlər