Şriftin ölçüsü :

Saytın rəngi :

Tatli, Sadıqlı və Düzqışlaq kənd İƏD üzrə nümayəndəliklərinin hesabat yığıncağı keçirilib

22 yanvar 2020 | 11:00

2020-ci ilin 22 yanvar tarixində rayonun, Tatli, Sadıxlı, Düzqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə  həsr olunmuş hesabat yığıncaqları keçirildi.
Nümayəndəliklərdə iştirak edən Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, Ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında 2019-cu ildə Azərbaycanın bütün istiqamətlərdə uğurlu nailiyyətlər əldə etməsindən, mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam etdirməsindən, həyata keçirilən bir sıra layihələrdən, həmçinin 2019-cu il ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonu üçün də hər bir sahədə uğurlu olmasından danışdılar. İstər sosial obyektlərin inşasında, istər kənd təsərrüfatının inkişafında, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə edilən nailiyyətləri qeyd etdilər.
Yığıncaqlarda mövcud problemlərdən danışılmış, sakinləri maraqlandıran suallar cavablandırılmışdır
2020-ci ildə respublikamızda, eləcə də rayonumuzda daha böyük beynəlxalq layihələrin, iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı dövlət proqramlarının həyata keçiriləcəyini qeyd edilib.

Keçidlər