Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda ağaçəkmə aksiyası keçirildi.

14 mart 2020 | 11:00

Həftənin şənbə günləri rayonunun bütün yaşayış məntəqələrini əhatə edən genişmiqyaslı təmizlik işləri həyata keçirilir. Bu gün keçirilən növbəti ümumrayon iməcliyində Bakı-Qazax avtomobil yolunun və dəmir yol xəttinin rayon ərazisindən keçən hissələri boyunca  təmizlik işləri həyata keçirildi. Yol kənarlarına, yaşıllıq sahələrinə xüsusi qulluq göstərildi. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

 Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi. Aksiya çərçivəsində ağacəkmə  Heydər Əliyev Mərkəzinin həyatyanı ərazisində, Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində yol boyunca aparıldı.

 Təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələrinin, fəal gənclərin iştirakı ilə həyata keçirilən aksiya zamanı yeni əkilən ağac tingləri suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi.
 Yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi məqsədilə mövsüm ərzində rayonda ağacəkmə və təmizlik-abadlıqla bağlı iməcliklərin hər həftə keçirilməsi nəzərdə tutulub.

 

Keçidlər