Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Koronavirus pandemiyasına qarşı profilaktik tədbirlər davam etdirilir

27 mart 2020 | 11:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq rayonda sosial izolyasiya istiqamətində mühüm addımlar atılır. Sözügedən pandemiyanın rayonda yayılmasının qarşının alınması, əhalinin mütəmadi məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədi ilə Ağstafa rayon İcra Hakimiyyəti  yanında operativ qərargah yaradılıb, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Ağstafa rayonunda ardıcıl olaraq  parklar, yanacaqdoldurma məntəqələri  və  ticarət mərkəzlərində dezinfeksiya işlərinin aparılması davam etdirilir

 

Keçidlər