Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda koronavirusla mübarizə ilə bağlı dezinfeksiya və maarifləndirmə tədbirləri genişləndirilib

30 mart 2020 | 11:00

Bütün ölkədə olduğu kimi, Ağstafa rayonunda kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.
Bununla yanaşı, Ağstafa Rayon İcra Hakimiyyəti Aparatında operativ qərargahının tərtib etdiyi qrafik əsasında Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun kənd və qəsəbələrinin küçə və prospektləri, parklar, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur. Rayonda mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısı, dayanacaqlarda, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq aparılır.

 

Keçidlər