Şriftin ölçüsü :

Saytın rəngi :

“Qazax” Xeyriyyə İctimai Birliyi “Biz birlikdə güclüyük” aksiyasında fəal iştirak edir

16 aprel 2020 | 11:00

Koronovirus pandemiyasının planetimizdə tüğyan etdiyi bu günlərdə bütün ölkələrdə sosial təminat və sağlamlıq məsələləri ön plana çıxmışdır.  Pandemiya  ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Cənab Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə bilrikdə  Bakıda ölkənin ən böyük şəfa ocağı olan  “Yeni klinika” tibb  müəssisəsinin açılışında iştirakı və tibb işçiləri ilə görüşü zamanı söylədiyi fikirlər çox böyük ictimai-siyasi əhəmiyyət daşımaqla yanaşı, hazırkı siyasi həyatımızda prioritetlərin dəqiq çərçivəsini də cızmış oldu. Cənab Prezidentin  “Biz birlikdə güclüyük!”  çağırışı isə uzun illər Azərbaycanın uğur və zəfər simfonyası olacaqdır. O cümlədən karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirmək məqsəi ilə keçirilən  “Biz birlikdə güclüyük” aksiyasına  “Qazax”  Xeyriyyə İctimai Birliyi də qoşulmuşdur.  Belə ki, İctimai Birliyin sədr müavini, iş adamı Puşkin Əhmədovun təşəbbüsü ilə Ağstafada 166 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılmışdır.
“Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası Ağstafa rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
  

Keçidlər