Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz birlikdə güclüyük” şüarı ilə “Qazax” Xeyriyyə İctimai Birliyi Ağstafada daha 200 aztəminatlı ailəyə dəstək oldu

17 aprel 2020 | 11:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə keçirilən  “Biz birlikdə güclüyük” sosial aksiya ölkənin bütün bölgələrində, o cümlədən Ağstafada uğurla davam etdirilir. Sosial aksiyada öz fəallığı ilə iştirak edən “Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü ilə Ağstafa rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan daha 200  ailəyə dəstək olunubdur. Könüllü gənclərin və rayonun bir sıra ictimai fəallarının iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar siyahı üzrə sakinlərin yaşadıqları ünvanlara çatdırılıbdır. Sosial yardımı qəbul edən vətəndaşlar başda ölkə rəhbərliyi olmaqla, bu həssas dövrdə dövlətimizə və xalqımıza dəstək olmaq üçün  vətəndaş həmrəyliyi nümayiş etdirən hər bir kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.
“Qazax” Xeyriyyə İctimai Birliyi növbəti günlərdə də Ağstafa rayonunda aksiyaya dəstəyini davam etdircəkdir.

 

Keçidlər