Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənsu kəndinin su problemi həll olunur

23 aprel 2020 | 11:00

Artıq bir neçə gündür ki Ağstafa rayonu Həsənsu kəndini içməli su ilə təmin edən "Kəhriz" suyunun bərpası işlərinə start verilib, tikinti işləri layihə üzrə davam etdirilir.
Əhalisinin sayı 3338 nəfərdən çox Həsənsu kəndini içməli su ilə təmin edən kəhrizin əsası Alman mütəxəssisləri tərəfindən XX əsrin əvvəllərində qoyulmuşdur. Son dövrlərdə kəhrizin bəzi quyularında iqlim şəraiti ilə əlaqədar olaraq uçqunlar baş vermişdir ki, bununla da əhalinin içməli su təminatında ciddi problemlər yaranmışdır. Kənddə digər içməli su mənbəyi mövcud deyildir. Quyularda uçqunlar günbəgün artığından yaşayış məntəqəsinin içməli su təminatında problemlər yaşanmışdır. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kəhrizin bərpasına başlanılmış və qısa müddətdə bərpa edilərək əhalinin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
Kənd sakinləri su problemlərinin həlli üçün göstərilən diqqətə görə prezidentimiz İlham Əliyev cənablarına və bu işdə zəhməti keçən digər insalara təşəkkürlərini bildiriblər.

 

Keçidlər