Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon İcra Hakimiyyətində video müşavirə keçirdi

07 may 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri ilə keçirilən video müşavirədə İcra başçısı vəzifəsini əvəz edən Lalə Eyyubova Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, yerlədə xüsusi karantin rejiminin tələblərinə əməl edilməsini tapşırıldı. Daha sonra gündəlikdə duran digər məsələyə toxunaraq ipəkqurdu toxumunun gətirilməsinin planlaşdırıldığını, bununla əlaqədar kümçülər tərəfindən ipəkqurdu toxumunun qəbuluna hazırlıq işlərinin yekunlaşdırılmalı olduğunu qeyd edib. Barama kümxanaların hazırlanması barədə məlumatları dinlədi, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə  və digər aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi.
Rayon İcra Hakimiyətinin başçısı vəzifəsini əvəz edən  Lalə Eyyubova  müşavirədə yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə, kənd təsərrüfatı sahəsində çalışanlarla bağlı verilən rəsmi arayışlara və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə  də toxunaraq bu sahələrdə qanunazidd hallara yol verilməməsini  ciddi surətdə  tapşırdı.

 

Keçidlər