21 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra hakimiyyətinin başçısı təyin olunub. Seymur Orucov ilk iş günündə ümummilli lider Heydər Əiyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. O, sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə nəzər salıb və mərkəzin binasında yaradılan şəraitlə yaxından tanış olub.