Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda koronavirusa qarşı dezinfeksiyaedici tədbirlər aparılır.

24 may 2020 | 11:00

    Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Ağstafa  Rayon İcra Hakimiyyəti tərəfindən bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə zəruri tədbirlər görülür.

    Belə ki, rayon ərazisində 24.05.2020-ci il tarixə dezinfeksiyaedici tədbirlər çərçivəsində prospekt və küçələr  dezinfeksiya olunmuşdur. Aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq  xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə şəhərin Heydər Əliyev prospektində,  Rafiq Alıcanov,  Məmməd Əmin Rəsulzadə ,Üzeyir Hacıbəyov, Səməd Vurğun , 20 Yanvar, Cəfər Cabbarlı , Hüseyn Arif,  Rafayıl  Əsədov , Ağamalıoğlu , Nəriman Nərimanov və digər küçələrdə  aparılmışdır.

 

Keçidlər