Şriftin ölçüsü :

Saytın rəngi :

Xaricdə qalan vətəndaşlarımızın ölkəyə gəlməsi üçün dövlətimiz tərəfindən bütün mümkün vasitələrdən istifadə edilir.

11 iyun 2020 | 11:00

Pandemiya dövrü ilə əlaqədar bütün ölkələr arasında gediş-gəliş imkanlarının maksimum məhdudlaşdırılması zərurəti ortaya çıxşmışdır. O cümlədən bir çox xarici ölkələrdə qalan Azərbaycan vətəndaşları da ölkəyə qayıtmaq çətinlikləri ilə üzləşmişdir. Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün dövlətimiz tərəfindən bütün mümkün vasitələrdən istifadə edilir. Bunun üçün ilk növbədə  xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. İstər ölkədə, istərsə də xaricdə olan Azərbaycan vətəndaşı hər zaman dövlətin qayğısı və diqqətilə əhatə olunur. Təsadüfi deyil ki, digər ölkələr  Azərbaycanın koronavirusla bağlı mübarizə metodlarını rəğbətlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə dəfələrlə  nümunəvi ölkə adlandırıb.  Minlərlə  xaricdən təxliyə edilən azərbaycanlı  4-5 ulduzlu otellərdə, Atletlər Kəndində yerləşdirilir. Ölkəyə qayıdan bir çox vətəndaşlar müsahibələrində də getdikləri ölkələrdə bu cür şəraitin olmamamısını qeyd edirlər. Məhs bunlara əsasən qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan koronavirus pandemiyasına qarşı hətta inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır. Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. Əhalisi bizimlə təxminən eyni olan Avropa ölkələrində on minə yaxın insan ölüb. Bizdə isə yoluxanların sayı 8 minə qədərdir. Ona görə ki, hər bir yoluxmuş insana ən yüksək səviyyədə zəruri tibbi xidmət göstərilir. Pandemiyaya mübarizədə vətəndaşlarımızın sağlamlığı üçün çalışan tibbi personal üçün dövlətin yüksək qayğı göstərilir. Aylarla ailə üzvlərini görə bilməyən və öz həyatlarını riskə atan həkimlərimizə fədakarlığa görə yüksək qiymət verilir. Pandemiya dövründə ölkəmizdə ölüm səviyyəsinin aşağı olmasında  həkimlərimizin rolu əvəzolunmazdır. Lakin hər bir vətəndaşında üzərinə böyük məsuliyyət düşür. Sevindirici haldır ki, cəmiyyətimiz bu işlərdə çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karanatin rejimi tətbiq olunan şəhər və rayonlarımızda qayda pozuntuları çox cüzi sayda cərimələrin qeydə alınması bunu bir daha göstərdi. olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər.  Bu çətin şəraitdə Azərbaycan sadəcə xaricdə və daxildə vətəndaşlarının problemini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Belə ki, dövlətimizə müraciət edən və ehtiyacı olan fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərilib. Eyni zamanda,  Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərilib. Beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib.

Keçidlər