Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində Vətən müharibəsində Şuşanın azad olunması uğrunda şəhid olmuş Sübhan Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bulaq inşa olunmuşdur. Bu mübasibətlə rayon ictimaiyyətinin nümayəndələrinin və şəhidin doğmalarının iştirakı ilə tədbir keçirilmişdir.
Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə YAP Ağstafa rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələri ziyarət olunub, övladlarına bayram sovqatları paylanılıb. Sovqatları təşkilatın məsul üzvləri və könüllüləri ailələrin ünvanlarına çatdırıblar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təltif olunmuş hərbi qulluqçuları sırasında ağstafalı oğullarımızda yer alıb.
Yusifli Azər Nazim oğlu, 1994-cü il mart ayının 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Tam orta təhsilini böyüyüb, boya-başa çatdığı Muğanlı kəndində alıb. Orta məktəbi bitirdikdən sonra 2012-ci ilin aprelində hərbi xidmətə yollanır və Ədliyyə Nazirliyinin Penitensiar xidmətində kiçik çavuş rütbəsi ilə xidmət edir. Qəhrəmanımız gələcəkdə də fəaliyyətini vətəninə, torpağına xidmət etmək eşqində olur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Onun 59 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.
Məmmədli Fazil Razim oğlu, 1998-ci il iyul ayının 18-də Ağstafa rayon Vurğun qəsəbəsində anadan olub. Tam orta təhsilini böyüyüb, boya-başa çatdığı Vurğun qəsəbəsində alıb. Orta məktəbi bitirdikdən sonra 2016-cı ildə həqiqi-hərbi xidmətə yollanıb. Bir müddətdən sonra uşaqlıqdan arzusunda olduğu hərbiçi peşəsinə yiyələnmək üçün tələb olunan bilik və bacarıqları mənimsəyib müvafiq imtahandan keçir.
Şəhid hesab edilənlər: 1. hərbi qulluqçular – ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (və digər xüsusi xidmət orqanlarının əməkdaşları);
Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar: 1. ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar(ARƏBM) 2. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar(HXVYY)
Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bütün cəmiyyətimizi də maraqlandıran sosial müdafiə məsələlərini özündə əks etdirən bu təkliflərdə bir çox vətəndaşımızın gözləntiləri öz əksini tapır və bununla da bir daha isbatlanır ki, insanların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin prioritetlərindəndir.
Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) və Aqrar İnkişaf Könüllüləri Təşkilatı (AİKT) Ağstafada Vətən müharibəsində şanlı qələbəmizin təmin olunması uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçiriblər.
Həsənov Fariz Şahin oğlu, 12 fevral 1987-ci ildə Dağ Kəsəmən kəndində anadan olub. Doğma kəndində orta təhsilini başa vurduqdan sonra vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Əsgər F.Həsənov hərbi biletinə şərəf və ləyaqətli xidməti ilə sahib çıxıb.
"Doing Business" hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) yaydığı məlumata görə, aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın "Doing Business 2020"
Ələsgərov Mətləb Vüqar oğlu, 18.07.1999-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. Orta təhsilini Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta məktəbində alıb. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra ADNSU-nun Qaz-neft mədən fakültəsinin Neft-qaz qurğuları mühəndisliyi ixtisasına qəbul olub.
Piriyev Elşən Şəfalət oğlu, 24.09.1989-cu il Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. Orta təhsilini Kolxəlfəli kənd tam orta məktəbində alıb. Ailəli idi. Bir qız, bir oğlan övladı var. Azərbaycan Silahlı Qüvvələrinin gizir rütbəsini şərəflə daşıyan Elşən Piriyev Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidimiz 02 noyabr 2020-ci ildə doğma kəndində izdihamla torpağa tapşırılıb.
18.12.2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1113 hərbi qulluqçusu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Dekabrın 18-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş 5449 hərbi qulluqçu “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
Dekabrın 18-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş 622 hərbi qulluqçu “İgidliyə görə” medalı ilə təltif edilib.
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydləri davam etdirir.
Vətən müharibəsi döyüşləri zamanı şəhid olmuş hərbçilərimizin ailələri dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunublar. YAP Ağstafa Rayon Təşkilatının Şura üzvləri də torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda başlanan Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət edib, onların qayğıları ilə yaxından maraqlanırlar.
Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.
Vətən müharibəsində torpaqarımızın azadlığı uğrunda canlarından keçmiş Ağstafa rayonunun Xətai kəndindən olan şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə kənddə Şəhidlər bulağı inşa olunaraq istifadəyə verilib.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərimizin doğmaları, kənd ağsaqqaları və ziyalıları işitrak ediblər.
Xaləddin Asəf oğlu Cəlilov 13 aprel 2002-ci ildə Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. O, 2008-ci ildə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbində 1-ci sinifə daxil olub. 2016-cı ildən isə Ağstafa şəhər A.Abdullayev adına 2 saylı tam orta məktəbin rus bölməsində təhsilini davam etdirmişdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Elvin İmaməliyev (ölümündən sonra) və Məhəmmədəli Ələkbərov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif ediliblər