Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib

08 avqust 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə Ağstafa şəhərinin prospekt və mərkəzi küçələrinə baxış keçirib. Mərkəzdə yerləşən xidmət, ictimai-iaşə və ticarət obyektlərindəki mövcud şəraitlə yaxından tanış olub. Vətəndaşlara göstərilən xidmət səviyyəsi ilə maraqlanıb. İcra başçısı sahibkarlar və sakinlərlə sanitar-profilaktik mövzuda maarifləndirici söhbətlər aparıb. Şəhər küçələrində zəruri abadlıq işlərinin aparılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib .

Keçidlər