Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı Vətən müharibəsi şəhidimiz XALƏDDİN CƏLİLOV

17 dekabr 2020 | 11:00

Xaləddin Asəf oğlu Cəlilov 13 aprel 2002-ci ildə Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. O, 2008-ci ildə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbində 1-ci sinifə daxil olub. 2016-cı ildən isə Ağstafa şəhər A.Abdullayev adına 2 saylı tam orta məktəbin rus bölməsində təhsilini davam etdirmişdir. Məktəbdə oxuduğu illərdə dürüst, vətənpərvər və intizamlı bir şagird kimi müəllim və şagirdlərin dərin rəğbətini qazanmışdır. Məktəb illərində rayon, respublika və dünya səviyyəli idman yarışlarında dəfələrlə diplom və medallarla təltif edilmişdir.
 2019-cu ildə məktəbi bitirdikdən sonra Azərbaycan İdman Akademiyasına qəbul olunmasına baxmayaraq, təhsilini yarımçıq saxlayaraq Vətənin ağır günündə XTQ sıralarında döyüşə yollanıb . Murovdağ uğrunda gedən döyüşlərdə şücaət göstərib. 30 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin...

Keçidlər