Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı Vətən müharibəsi şəhidimiz ELŞƏN PİRİYEV

19 dekabr 2020 | 11:00

Piriyev Elşən Şəfalət oğlu, 24.09.1989-cu il Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. Orta təhsilini Kolxəlfəli kənd tam orta məktəbində alıb.  Ailəli idi. Bir qız, bir oğlan övladı var. Azərbaycan Silahlı Qüvvələrinin gizir rütbəsini şərəflə daşıyan Elşən Piriyev  Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidimiz  02 oktyabr  2020-ci ildə doğma kəndində izdihamla torpağa tapşırılıb. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!

Keçidlər