Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan 11 nəfər ağstafalı hərbi qulluqçunu “Cəsur döyüşçü” medalı ilə təltif edib

19 dekabr 2020 | 11:00

Dekabrın 18-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş 5449 hərbi qulluqçu “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Təltif olunanlar sırasında 11 nəfər ağstafalı oğullarımızın da adı var:

Piriyev Elşən Şəfalət oğlu – kiçik çavuş (ölümündən sonra)
Vəliyev Ayxan Kamil oğlu – əsgər (ölümündən sonra)
Şıxməmmədov Hikmət Azər oğlu – əsgər (ölümündən sonra)
Nəzərli Vasif Zahid oğlu – əsgər (ölümündən sonra)
Məmmədov Asəf Mehman oğlu – əsgər (ölümündən sonra)
İmaməliyev Elvin Elsevər oğlu – əsgər (ölümündən sonra)
İbrahimov Elçin Rövşən oğlu – əsgər (ölümündən sonra)
Həsənov Elnur Elman oğlu – əsgər (ölümündən sonra)
Həsənli Elçin Vaqif oğlu – əsgər (ölümündən sonra)
Cəlilov Xaləddin Asəf oğlu – əsgər (ölümündən sonra)
Babayev Mustafa Elman oğlu – əsgər (ölümündən sonra)

Keçidlər