Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ağstafada ağacəkmə aksiyası keçirilib.

22 dekabr 2020 | 11:00

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) və Aqrar İnkişaf Könüllüləri Təşkilatı (AİKT) Ağstafada Vətən müharibəsində şanlı qələbəmizin təmin olunması uğrunda canlarından keçmiş  şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçiriblər. Tədbir iştirakçıları öncə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.  Ağstafa Rayon icra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan aksiyada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ağstafadan olan şəhidlərimizin hər birinin adına şam ağacı əkilib, xatirələri bir daha yad edilib.

Keçidlər