Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı Vətən müharibəsi şəhidimiz FARİZ HƏSƏNOV

22 dekabr 2020 | 11:00

Həsənov Fariz Şahin oğlu, 12 fevral 1987-ci  ildə Dağ Kəsəmən kəndində  anadan olub. Doğma kəndində orta təhsilini başa vurduqdan sonra vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Əsgər F.Həsənov hərbi biletinə şərəf və ləyaqətli xidməti ilə sahib çıxıb.  Lakin bir müddət sonra, şəhidimizin vətəninə və elinə olan sonsuz sevdası onu, 2008-ci ildə yenidən  MAXE kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşur. O, hərbiyə müavfiq kursu uğurla keçərək çavuş kimi qayıdır.  Ailəli idi. Bir oğlan və bir qız övladı var. Fariz Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Füzuli rayonu ərazisində çiyində tank əleyhinə idarə olunan raket ilə düşmənin çoxlu sayda hərbi texnikasını, 50-dən  artıq hərbçisini və 2 hərbi vəzifələsini məhv edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. Şəhidimiz doğma Dağ Kəsəmən kəndində izdihamla torpağa tapşırılıb.

Keçidlər