Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı Vətən müharibəsi şəhidimiz FAZİL MƏMMƏDLİ

23 dekabr 2020 | 11:00

Məmmədli  Fazil Razim oğlu, 1998-ci il iyul ayının 18-də Ağstafa rayon Vurğun qəsəbəsində  anadan olub. Tam orta təhsilini böyüyüb, boya-başa çatdığı Vurğun qəsəbəsində alıb. Orta məktəbi bitirdikdən sonra 2016-cı ildə həqiqi-hərbi xidmətə yollanıb. Bir müddətdən sonra uşaqlıqdan arzusunda olduğu hərbiçi peşəsinə yiyələnmək üçün tələb olunan bilik və bacarıqları mənimsəyib müvafiq imtahandan keçir. O, 2019-cu ilin aprel ayından Qazax rayonunda yerləşən hərbi hissələrdən birində MAXE kimi fəaliyyətə başlayır. Manqa komandiri vəzifəsini icra edən Fazil özünü nümunəvi və əsil vətənpərvər hərbiçi kimi sübut edir. Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə rəşadət göstərərək şəhidlik zirvəsinə ucalır. Şəhidimiz subay idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!

Keçidlər