Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması zamanı sücayət göstərərək yaralanan hərbi qulluqçularla görüşlərini davam etdirir. Görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edir.