Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH-in daha bir əməkdaşına yüksək etimad göstərilib

18 fevral 2021 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsələhətçisi Mehdiyeva Aysel Azad qızını Poylu kənd 2 saylı körpələr evi-uşaq bağçasına müdir təyin edib.

A.Mehdiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetini maarif ali peşə istiqaməti üzrə fərqlənmə diplomu ilə bitirib və 2013-cü ildən Ağstafa RİH-də çalışıb. O, seçdiyi ixtisas üzrə davam etdirəcək məsuliyyətli fəaliyyətində, yüksək nəticələrə nail olmaq üçün daim səy göstərəcəyini bildirib.

Keçidlər