Şriftin ölçüsü :

Saytın rəngi :

Göycəli kəndində şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksinin açılışı olub

19 mart 2021 | 11:00

Ağstafa rayonunda şəhidlərimizin adının əbədiləşdirilməsi məqsədilə daha bir abidə kompleksi Göycəli kəndində inşa olunub. Kompleksin açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Abidə kompleksində Göycəli kəndindən ölkəmizin suverenliyi uğrunda canından keçmiş yeddi nəfərin, 1-ci Qarabağ müharibəsi şəhidlərimiz Həmzəyev Namiq Həmzə oğlunun, Hüseynov Şahlar Hüseyn oğlunun və Qurbanov Novruz Əliyullah oğlunun, Tovuz döyüşlərində şəhid olmuş Sadıqov Vüqar Lətif oğlunun, Vətən müharibəsi şəhidlərimiz Mehtizadə Qurban Aydın oğlunun, Məmmədli Turan Rafiq oğlunun və Abbasov Teymur Feyruz oğlunun adları əbədiləşdirilib.
Tədbirdə çıxış edən Seymur Orucov abidə kompleksinin inşasına görə ağstafalılar adından Göycəli kəndindən olan iş adamı Haqverdiyev Əhməd Əsgər oğluna dərin minnətdarlığını ifadə edib. Çıxış edənlər şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər