Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada könüllü gənclərlə səmərəli iş aparılır

02 aprel 2021 | 11:00

Dövlət orqanlarında gənclərin potensial imkanlarından daha məqsədəuyğun şəkildə istifadə etmək, onların yaradıcı və innovativ qabiliyyətlərinin üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirməklə bağlı ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün Ağstafa Rayon İcra Hakimiyyəti səmərəli iş aparır.

Artıq xeyli vaxtdır ki, rayon icra hakimiyyəti başçısı aparatında gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə könüllü təlimləri davam etdirilir.İcra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə iki aylıq təlimlərə cəlb olunan gənclər təsdiq olunmuş tədbirlər planına əsasən qurumun şöbələrində fəaliyət göstərirlər. Onlar vətəndaşların qəbul edilməsi, müraciətləri ilə bağlı aidiyyəti üzrə istiqamətləndirilməsi, kargüzarlıq məsələlərinin həyata keçirilməsində, o cümlədən onlara verilən digər tapşırıqların icrasını təmin edirlər.

Bu günlərdə təlimləri müvəffəqiyyətlə başa vuran gənclərə Ağstafa Rayon İcra Hakimiyyətinin sertifikatları təqdim olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov onları qəbul edərək uğurlar arzulamış, könüllü gənclərin gələcəkdə etimadı doğruldacaqlarına əmin olduğunu bildirmişdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər