Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Mərkəzi bazarındakı mövcud şərait növbəti dəfə nəzərdən keçirilib

09 aprel 2021 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon Mərkəzi bazarına növbəti dəfə baxış keçirib, mövcud şəraitlə yaxından tanış olub. Əhalinin gündəlik təlabat mallarını istehlak etmək üçün istifadə etdiyi məkanda satıcı və alıcılarla koronavirus pandemiyasına dair maarifləndirici söhbətlər aparıb. Əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, hər hansı sünu qiymət artımına nəzarətin gücləndirilməsi, gigiyena və profilaktika məsələlərinə ciddi riayət olunması barədə aidiyyəti üzrə tapşırıqlarını verib.

Keçidlər