Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa: Təhsil işçiləri və şagirdlər təltif olunublar

27 may 2021 | 11:00

Ağstafa rayonunun ümumtəhsil məktəblərində 2020-2021-ci tədris ilində fərqlənən müəllim və şagirdlər, o cümlədən 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlər və “Qarabağ aşıq sənəti” musiqi festivalının qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman” və hədiyyələri ilə təltif olunublar. Pandemiya dövrünün tələblərinə uyğun olaraq açıq hava şəraitində təşkil olunan tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Rayon Təhsil şöbəsinin məsul şəxsləri iştirak ediblər.

Buraxılış imtahanında yüksək bal toplayan “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, “Qarabağın musiqi tarixi - aşıq sənəti” onlayn respublika müsabiqəsinin qalibi, “Aşıq Ələsgər irsi” onlayn respublika saz müsabiqəsi qalibi olan şagirdlər və Təhsil İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olan məktəb direktoru, bununla yanaşı gənc nəslin təlim-tərbiyə prosesində fəal iştirakına görə müəllimlər, Vətən müharibəsində iştirak edən çağırışaqədərki hərbi rəhbərləri təltif olunublar.

Tədbirdə çıxış edən pedaqoq və şagirdlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Vəli VƏLİYEV,

“Respublika”.

 

http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/region/item/34131-aghstafa-taehsil-ishchilaeri-vae-shazhirdlaer-taeltif-olunublar

Keçidlər