Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01 iyun 2021 | 11:00

Ağstafada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında körpələr evi-uşaq bağçaları kollektivlərinin iştirakı ilə bayram tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ağstafalı istedadlı balacaların əl işlərindən ibarət təşkil olunan sərgiyə tamaşa ediblər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov  təbrik çıxışında qeyd edib ki, ölkəmizin gələcəyi olan uşaqların firəvan və sağlam böyüməsi üçün ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yüksək dövlət qayğısı möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğal altındakı ərazilərimizi düşmən tapdağından azad etdi. Artıq bütün azərbaycanlı uşaqlar doğmaları ilə birlikdə tarixi torpaqlarımızı həm ziyarət edə, həm də şəhidlərimizin bizə əmanət etdiyi vətənimizin hər qarışının nə qədər dəyərli olduğunu dərindən anlayacaqlar.
Uşaqların ifasında vətənpərvərlik və digər mövzularda səsləndirilən şerlər, mahnılar, nümayiş etdirilən bədii kompozisiyalar da rəğbətlə qarşılanıb.

 

Keçidlər