Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir Tovuz döyüşləri şəhidimiz Nazim İsmayılovun şəhidlik zirvəsinə uclamasının ildönümü qeyd olunub

16 iyul 2021 | 11:00

Ağstafanın Kolxəlfəli kəndindən olan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Nazim Əfqan oğlunun Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.
Şəhidimizin ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.  Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizlə ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin qisası alınmış oldu.  Hər bir şəhidimiz xalqımızın iftixar yeridir və onlar qəlblərdə daim yaşayacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

 

Keçidlər