Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Həsənsu kəndində yeni məktəb binası tikilir

20 avqust 2021 | 11:00

 

Ağstafanın Həsənsu kəndində yeni məktəb binasının tikintisinə başlanılıb. Heydər Əliyev Fondu tərəfindən inşa edilən 420 şagirdlik yeni məktəb binası 2 korpusdan ibarət olacaq.

Qeyd edək ki, ötən əsrin 30-cu illərində istifadəyə verilən köhnə məktəb binasının yararsız hala düşməsi tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Buna baxmayaraq, məktəb hər il müxtəlif uğurlara imza atırdı.Təkcə keçən il təhsil ocağının 12 məzunundan 8-i ali məktəblərə daxil olmuşdur.

Məktəbin məzunlarından müxtəlif xarici ölkələrdə təhsil alanlar da var. İtaliyanın Latsio regionunda təhsil alan ikinci kurs tələbəsi Bəxtiyar Nəsibli deyir ki, yay tətilini öz kəndimizdə keçirməyi qərara aldım: “Gələndə gördüm ki, vaxtilə təhsil aldığım məktəb üçün yeni bina inşa edilir. Buna çox sevindim”.

Hazırda rayonun Sadıqlı kəndində də yeni məktəb binası tikilir. Bundan başqa, Kolayır, Yaradulla kəndlərindən və Həzi Aslanov qəsəbəsindən sonra bu il daha bir neçə kənddə modul tipli məktəblərin inşası nəzərdə tutulur.

 

Sabir ƏLİYEV,

“Azərbaycan" qəzeti

Keçidlər