Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanının ailəsinə Ağstafa RİH tərəfindən biganə münasibət göstərilməsi barədə dərc olunan qərəzli yazılar heç bir həqiqəti əks etdirmir.

25 avqust 2021 | 11:00

Aslan İsmayılovun “facebook" səhifəsində və bir neçə saytda Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Yusifli Azər Nazim oğlunun ailəsinə Ağstafa RİH tərəfindən biganə münasibət göstərilməsi barədə dərc olunan qərəzli yazılar heç bir həqiqəti əks etdirmir.
Bildiririk ki, RİH başçısının müvafiq sərəncamına əsasən Ağstafa şəhərində Ağamalıoğlu küçəsi Azər Yusifli küçəsi adlandırılmışdır. Ağstafa RİH başçısı şəhidin dəfn mərasimində iştirak etmiş və iki dəfə ailəsini ziyarət etmişdir. Şəhidin təhsil aldığı Böyük Kəsik kənd tam orta məktəbinə adının verilməsi ilə bağlı RİH tərəfindən  aidiyyəti üzrə müraciət olunmuşdur.

Keçidlər