Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimiz Orxan Avdıyevin şəhidlik zirvəsində birinci ildönümü qeyd olunub.

30 oktyabr 2021 | 11:00

Pirili kəndindən olan Vətən müharibəsi şəhidimiz, əsgər Avdıyev Orxan Habil oğlunun şəhidlik zirvəsində birinci ildönümü qeyd olunub. Şəhidimizin ailəsi ziyarət olunub, onun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlik nümunəsindən geniş söz açılıb.
Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən tapdağından azad etmək üçün igid oğullarımızdan biri kimi könüllü olaraq cəbhəyə yollanan Orxan 02.08.1995-ci il tarixində Ağstafanın Pirili kəndində anadan olub. O, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə sücaət göstərib.  Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər