Şriftin ölçüsü :

Saytın rəngi :

Qırılı kəndindən olan Vətən müharibəsi şəhidimiz Təbriz Quliyevin cənnətdəki birinci ildönümü qeyd olunub.

30 oktyabr 2021 | 11:00

Ağstafanın Qırılı kəndindən olan Vətən müharibəsi şəhidimiz Quliyev Təbriz İlqar oğlunun cənnətdəki birinci ildönümü qeyd olunub. Anım günündə şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.
Təbriz 05.08.1994-cü ildə Qırılı kəndində anadan olub. Vətən müharibəsində Azərbaycan Ordusunun  müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi savaşıb. Zəngilanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Keçidlər