Şriftin ölçüsü :

Saytın rəngi :

Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidimiz Bahaləddin İsmayılovun ildönümü qeyd olunub

31 oktyabr 2021 | 11:00

Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidi İsmayılov Bahaləddin Temraz oğlunun ildönümü qeyd olunub
31 avqust 1999-cu il tarixində Muğanlı kəndində dünyaya göz açıb. Bahaləddinin  44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun  müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi savaşıb.  O, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bahaləddin  oktyabrın 31-də Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Doğma kəndində dəfn olunan Bahaləddin “Vətən uğrunda”, "İgidliyə görə",  "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Keçidlər