Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kəndindən olan şəhidimiz, baş gizir Rəvan Qəfərovun şəhadətə ucalmasının ildönümü qeyd olunub

01 noyabr 2021 | 11:00

Vətən müharibəsinin Dağ Kəsəmən kəndindən olan şəhidi, baş gizir Qəfərov Rəvan Elxan oğlunun şəhadətə ucalmasının ildönümündə ailəsi ziyarət olunub. Onun keçdiyi şərəfli ömür və döyüş yolundan söz açılıb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla anılıb.
Azərbaycan Ordusunun baş giziri olan Rəvan Qəfərov 10.07.1991-ci il tarixində Dağ Kəsəmən kəndində dünyaya göz açıb. Vətən müharibəsində iştirak etdiyi dövrdə vəzifə borcunu şərəflə yerinə-yetirən şəhidimiz Füzuli döyüşlərinin iştirakçısı olub. O, Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Həmçinin hərbi xidmət dövründə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb.

 

Keçidlər