Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin adı Böyük Kəsik kənd tam orta məktəbinə verilib

05 noyabr 2021 | 11:00

https://nk.gov.az/az/document/5671/

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə 04 noyabr 2021-ci il tarixində müvafiq Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib. O cümlədən Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin adı verilib.

Keçidlər