Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimiz Azad Yolçuyevin şəhidlik zirvəsinə ucalmasının ildönümüdür

05 noyabr 2021 | 11:00

Kolayır kəndindən olan Azərbaycan Ordusunun giziri  Azad Nizami oğlu Yolçuyevin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmasından bir il ötür. Bu münasibətlə şəhidin ailəsi ziyarət olunub, onun keçdiyi şərəfli həyat və döyüş yolu bir daha yad edilib , əziz xatirəsi ehtiramla anılıb.
Azad 11.04.1985-ci ildə Kolayır kəndində anadan olub. Uşaqlıqdan idmana və hərbə böyük maraq göstərən qəhrəmanımız hərbi xidmətdən sonra təhsilini artırıb və gizir kimi xidmətini davam etdirib. Elə Vətən müharibəsində də öz vəzifə borcunu şərəflə yerinə yetirərkən Şuşanın azadlığı uğrunda şəhadətə ucalıb. Ailəli olan şəhidimizin bir oğul və bir qız övladı yadigar qaldı. Azad “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Hərbi xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medallarına layiq görülüb.

Keçidlər