Şriftin ölçüsü :

Saytın rəngi :

Yenigün kəndindən olan Vətən müharibəsi şəhidimiz İbrahim Cəfərovun ildönümü qeyd olunub

07 noyabr 2021 | 11:00

Yenigün kəndindən olan Vətən müharibəsi şəhidimiz İbrahim Şamil oğlu Cəfərovun şəhadətə ucalmasının ildönümü qeyd olunub. Şəhidimizin anım günündə ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
13.01.1998-ci il tarixində Yenigün kəndində anadan olan İbrahim Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi iştirak edib. O, Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb. 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq 18 gündən sonra noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. Ağstafa şəhər qəbirstanlığında dəfn olunan şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub.

Keçidlər