Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinə könüllü olaraq qatılan, Qıraq Kəsəmən kəndindən olan şəhidimiz Sübhan Murtuz oğlu Kərimovun şəhadətə ucalmasının ildönümü qeyd olunub.

17 noyabr 2021 | 11:00

Bü münasibətlə şəhdimizin ailəsi ziyarət olunub, onun keçdiyi şərəfli həyat və döyüş yolu yad edilərək əziz xatirəsi ehtiramla anılıb.
Sübhan 29.01.1996-cı ildə Qıraq Kəsəmən kəndində anadan olub. O, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində bir çox igid oğullarımız kimi könüllü olaraq iştirak edib. Şuşa döyüşlərində şəhidlik zirvəsini fəth edən Sübhan Kərimov doğma Qıraq Kəsəmən kəndində torpağa tapşırılıb. “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər