Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin Cəbrayıl, Qubadlı və Laçın döyüşlərində sücaət göstərmiş, Yenigün kəndindən olan şəhidimiz Xudayət Vilayət oğlu Orucovun şəhadətə ucalmasının ildönümüdür.

17 noyabr 2021 | 11:00

Vətən müharibəsinin Cəbrayıl, Qubadlı və Laçın döyüşlərində sücaət göstərmiş, Yenigün kəndindən olan şəhidimiz  Xudayət Vilayət oğlu Orucovun şəhadətə ucalmasının ildönümüdür.
Şəhidimizin ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.
Xudayət 04.09.1987-ci ildə Yenigün kəndində anadan olub. Vətən müharibəsində müddətdən artıq hərbi xidmət edən kiçik çavuş kimi iştirak edib. Ölkəmizin suverenliyi uğrunda iştirak etdiyi şiddətli döyüşlərdə öz vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən şəhidimiz Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olub. “Vətən uğrunda” və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər