Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin daha bir ağstafalı könüllü döyüşçüsü Elnur Elman oğlu Həsənovun şəhadətə ucalmasının ildönümü qeyd olunub. Anım günündə şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.

17 noyabr 2021 | 11:00

Vətən müharibəsinin daha bir ağstafalı könüllü döyüşçüsü Elnur Elman oğlu Həsənovun şəhadətə ucalmasının ildönümü qeyd olunub. Anım günündə şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.
Elnur 15.09.1992-ci ildə Ağstafa şəhərində anadan olub.  İşğal altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidlik nümayiş etdirib. Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunan şəhidimiz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşa uğrunda” medalları ilə təltif olunub.

Keçidlər