Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.

19 noyabr 2021 | 11:00

Tədbir iştirakçıları  ilk öncə Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra rayonun Şəhidlər Xiyabanında vətən uğrunda canlarından keçmiş oğullarımızın xatirəsi ehtiramla yad edilib.
YAP Ağstafa rayon Təşkilatının inzibati binasının akt zalında keçirilən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin şah əsərlərindən olan Yeni Azərbaycan Partiyası haqqında geniş söz açıblar. Qeyd olunub ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə bir daha sübüt etdi ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığıdır.

Keçidlər