Şriftin ölçüsü :

Saytın rəngi :

Vurğun qəsəbəsindən olan Vətən müharibəsinin könüllü döyüşçüsü Vasif Zahid oğlu Nəzərlinin şəhidlik zirvəsini fəth etməsindən bir il ötür.

27 noyabr 2021 | 11:00

Vasif 04.03.2000-ci ildə Vurğun qəsəbəsində anadan olub. O, hər zaman ləyaqəti, mərdliyi, vətənpərvərliyi ilə seçilib. Elə bu hissləri də onun bir çox döyüş yoldaşları kimi torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsinə könüllü olaraq qatılmasına səbəb olub. Vasif Nəzərli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Füzuli və Şuşa uğrunda gedən döyüş meydanlarında şəxsi igidlik nümayiş etdirib. Doğma Vurğun qəsəbəsində torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər