Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının sakinləri üçün “Abad həyət” layihəsinin icrası başa çatmışdır.

19 yanvar 2022 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri davam etdirilir. Bu istiqamətdə aparılan işlər çərçivəsində 2020-ci ildən başlayaraq, RİH tərəfindən Ağstafa şəhərində yerləşən çoxmənzilli yaşayış binaların sakinlərinin mənalı istirahətləri, asudə vaxtlarının səmərəli təşkili və uşaqların əylənməsi üçün “Abad həyət” layihəsinin icrasına başlanılmışdır.  Abadlaşdırılıan növbəti həyət, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, 23 və 24 nömrəli 5 mərtəbəli yaşayış binalarının sakinlərinə aiddir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və bir sıra məsul şəxslərlə birlikdə son tamamlama işlərinə  baxış keçirmişdir.

Keçidlər