Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın təmizliyi diqqət mərkəzindədir

26 iyul 2014 | 10:00

Bu gün də Ağstafa rayonu ərazisində təmizlik  işləri sürətlə davam etdirildi.
Təmizlik işlərinin həyata keçirilməsində rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edirdi.
Rayonun bütün yaşayış məntəqələri üzrə keçirilən təmizlik işləri uğurla yekunlaşdırıldı. Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin  rayon ərazisindən keçən hissələri boyunca səliqə-səhman işləri həyata keçirildi.
Qəsəbə və kəndlərdə kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər