Şriftin ölçüsü :

Saytın rəngi :

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi

22 avqust 2014 | 10:00

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatı və Ağstafa rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın  görkəmli qrossmeysteri  Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat üzrə açıq rayon birinciliyi keçirildi. Turnir Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında  təşkil olundu.
Turnirin açılışında çıxış edənlər Azərbaycanda şahmat oyununa və eləcə də gənclərin intellektual səviyyələrinin artırılmasına xidmət edən digər sahələrə göstərilən yüksək dövlət qayğısından söz açdılar. Qeyd olundu ki, məhs Dövlətimizin gənclər üçün yaratdığı yüksək şəraitin nəticəsidir ki, Vüqar Həşimov kimi gənclərimiz Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırır, vətənimizin adını bütün dünyada ucaldırlar. Tədbirdə Mərhum şahmatçımız Vüqar Həşimovun həyat və yaradıcılığından geniş bəhs olundu.
Daha sonra turnirə start verildi. Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirdə yüksək yerləri tutan rayon sakinləri müvafiq “Fəxri Fərman” və hədiyyələrlə təltif edildilər.
1-ci yeri Bakı Dövlət Universitetinin  tələbəsi Azər Hümbətov, 2-ci yeri Azərbaycan Texniki Universitetinin tələbəsi Aslan Quliyev və 3-cü yerə Azərbaycan Tibb Universitetinin tələbəsi Sənan Tomayev əldə etdilər.

Keçidlər