Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada sosial obyektlər yenidən qurulur

17 noyabr 2014 | 11:00

   Ağstafa rayonunda abadlıq, tikinti, quruculuq işləri günü-gündən sürətlənir və miqyası artırılır. Hazırda rayon mərkəzi ilə yanaşı bir sıra kəndlərdə də səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlərin əsaslı təmiri və yenidənqurma işləri həyata keçirilir.
   Ağstafa rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Reabilitasiya mərkəzinin, Dağ Kəsəmən kənd mədəniyyət evinin, Vurğun qəsəbə həkim məntəqəsinin və Poylu kənd körpələr evi-uşaq bağçasının əsaslı təmir işləri sürətlə davam etdirilir.  Binaların dam örtükləri və qapı-pəncərələri yenilənir, müasir istilik sistemi quraşdırılır.
   Həmin obyektlərin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər