Şriftin ölçüsü :

Saytın rəngi :

“Qızıl Payız “ mövsümündə məhsul bayramı keçirildi

20 noyabr 2014 | 11:00

20 noyabr 2014-cü il tarixdə Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçasında “Qızıl Payız “ məhsul bayramı  keçirilmişdir. Tədbiri giriş sözü ilə  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı aparatının məsul işçisi Əziz Məsmalıyev açaraq körpə balaları “Qızıl Payız “ məhsul bayramı  münasibəti ilə təbrik etdi. Ə.Məsmaliyev son dövrdə rayonda Körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verərək bildirdi ki,  şəhər 1, 3 və 4 saylı körpələr evi-uşaq bağçaları üçün yeni binalar tikilmiş, şəhər 2- saylı bağça əsaslı təmir olunmuş, şəhər 5- saylı bağçanın tikintisi davam etdirilir. Kəndlərdə də bu istiqamətdə işlər davam etdirilir. Belə ki, 1 saylı Dağ Kəsəmən kənd körpələr evi-uşaq bağçasının tikintisi və 1-saylı Poylu kənd körpələr evi-uşaq bağçasının əsaslı təmiri aparılır. İnventar və avadanlıqlarla təmin olunurlar.
Daha sonra tədbir uşaqlardan ibarət  musiqili əyləncəli proqramla davam etdirildi.

Keçidlər